Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumu imzalanacaq

İyun ayının 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vurmuş vəkilliyə namizədlərin andiçmə mərasiminin keçirilməsi nəzərdə tutulub.

Kollegiyadan e-huquq.az-a verilən məlumata görə, eyni zamanda, tədbirdə VK və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumu da imzalanacaqdır.

Qeyd olunan tədbirdə iştirak etmək istəyən vəkillərin sanan.shirinov@barassociation.az elektron poçt ünvanına müraciət etmələri xahiş olunur. İştirak üçün yerlərin məhdud olması və müraciətlərin daxil olma ardıcıllığına müvafiq olaraq cavablandırılacağı nəzərə alınmalıdır.

Tədbir 18.06.2019-cu il tarixdə, saat 9:30-dan 12:40-dək Bakı şəhəri, H.Cavid prospekti 129 ünvanında (Bakı Dövlət Universitetinin əsas girişinin yaxınlığında) yerləşən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaqdır.