Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Vəkillər Cinayət Məcəlləsinə dəyişiklik edilməsini təklif edir - TƏFƏRRÜAT/YENİLƏNDİ

Bu gün Vəkillər Kollegiyasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsininə dəyişikliklər edilməsi üçün vəkillər tərəfindən irəli sürülən təkliflərin müzakirəsi aparılıb. 

E-huquq.az xəbər verir ki, kollegiyanın sədr müavini Aydın Axundovun sədrliyi ilə keçirilən iclasda vəkillər - Samir İsayev, Fariz Namazlı, Cavad Cavadov, Cavid Rzzadə və Ali Məhkəmənin keçmiş hakimi Müzəffər Ağazadə iştirak edib. 

Vəkil Cavad Cavadov Cinayət Məcəlləsinin bir il öncə qəbul edilmiş dəyişliklərdə 73-1.2, 73-1.3, 73-14 maddələrinin tətbiq edilmədiyini və işlək olmadığını bildirib.

O, bununla bağlı cinayət məsuliyyətindən azad edilmək üçün vurulmuş zərərdən əlavə dövlət nəfinə zərərin bir və ya iki misli məbləğinin ödənilməsini qeyri-real olduğundan, həmin məbləğin azaldılmasını və 10 faiz miqdarında edilməsini təklif edib. 

C. Cavadov eyni zamanda Cinayət Məcəlləsinin 60.1 maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini xüsusi yüngülləşdirən hallar olararsa, təyin ediləcək cəzanın dörddə üçü miqdarının azaldılmasını və heç olmasa üçdə iki olmasını da təklif kimi irəli sürüb. Vəkil həmçinin digər dəyişikliklər də çıxış edib. 

Vəkil Cavid Rzazadə də Cinayət Məcəlləsinə bəzi dəyişikliklərin labüdlüyünü qeyd edib. 

Aydın Axundov sonda bütün təkliflərin ümumiləşdirilib növbəti iclasda  yenidən müzakirə çıxarılacağını qeyd edib.

***

15:43

Bu gün Vəkillər Kollegiyasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsininə dəyişikliklər edilməsi üçün vəkillər tərəfindən irəli sürülən təkliflərin müzakirəsi aparılıb. 

E-huquq.az xəbər verir ki, iclasda dekriminallaşma və cəzaların yüngülləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı vəkillərin təklifləri dinlənilir. 

Təkliflərlə bağlı bir neçə iclasın keçirilməsi nəzərdə tutulur. 

İclaslar başa çatdıqdan sonra təkliflər paketi müvafiq qanunverici orqana göndəriləcək.

Hazırda iclas davam edir.