Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən icra məmurunun məhkəməsi başlayır

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərid Cəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, F.Cəlilov Türk Cumhuriyyətinin vətəndaşı Necati Elemanaya qarşı dələduzluq etməkdə təqsirli bilinir.

N.Elemana mətbuata açıqlamasında bildirib ki, F.Cəlilov ona zəng vuraraq, hərraca yeddi avtomabil çıxarılır və çox sərfəli qiymətə təklif olunduğunu deyib. Bu zaman N.Elemana Türkiyədəki mənzilini təcili sataraq, F.Cəlilova ümumilikdə 123 min manat çatdırıb. Həmin pulları alan F.Cəlilov avtomobilləri N.Elemana təqdim edə bilməyib. Türkiyə vətəndaşının şikayətindən sonra Azərbaycan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş araşıdırılıb və F.Cəlilovun barəsində dəldəuzluq maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, F.Cəlilov Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində çalışıb.