Mirzayev&Partners
    17 İyul
    Baku
    23°

Türkiyədə FETÖ üzvü olmaqda təqsirləndirilən keçmiş hakim 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham edilən Türkiyə Ali Məhkəməsinin keçmiş üzvü Hüseyn Güngör Babacanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ittihama görə, məhkəmə sahəsinə qoşulduğu gündən terror təşkilatının yığıncağına qatılan Babacan, təşkilatın təlimatı ilə Vəkillərin üzvü seçilib. O, təşkilatın talimatlarını məsul olan qrupa göndərib və gizli ünsiyyət proqramından istifadə edib. 

Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.