Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Türkiyə vətəndaşını öldürmək istəyən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Məhkəmənin növbəti iclası iyulun 9-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostu E.Əliyevə qonaqlıq verdikdən sonra onunla mübahisə edib.

Nəticədə A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, zərərçəkmiş mərc oyununda ("Topaz") xeyli miqdarda pul qazanıb. Buna görə də dostuna restoranda qonaqlıq verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.