Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Telefon üstündə anasını öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Bakının Nərimanov rayon ərazisində baş verib. 26 yaşlı E.Müslümov mübahisə zəmnində anası, 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib. Hadisədən sonra gənc evi tərk edib, bir günbdən sonra mənzilə qayıdıb. O, evə təcili tibbi yardım çağırıb. Ancaq həkimlər qadının öldüyünü deyib. Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, E.Müslümov anasını smartfon telefon üstündə düşən mübahisədən sonra öldürüb. O, arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldıraraq, onu qətlə yetirib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, E.Müslümov epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.