Tanınmış hakim vəkil kimi fəaliyyət göstərəcək

Uzun müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Tamila Nəsrullayeva vəkilliyə qəbul olunub.

E-huquq.az-ın xəbərinə görə, T.Nəsrullayeva bu gün şifahi müsahibədə iştirak edərək vəkilliyə qəbul olunub.

Qeyd edək ki, T.Nəsrullayeva ötən il 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmişdi.

Xatırladaq ki, 1953-cü ildə anadan olan T.Nəsrullayeva 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. O, daha əvvəl Bakı Şəhəri Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri (1987 - 2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000 - 2007) və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi (2007 - 2011) hakimi olub.