Tanınmış hakim Ənvər Seyidov təqaüdə göndərilib - ÖZƏL

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Ənvər Seyidov təqaüdə göndərilib. 

E-huquq.az-ın əldə etdiyi xəbərə görə, Ə.Seyidov 70 yaşı tamam olduğu üçün təqaüdə göndərilib. 

Qeyd edək ki, Ə.Seyidov 1949-cu il martın 29-da anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbayvcan Ədliyyə Nazirliyi sistemində işə başlamaqla respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

Ə.Seyidov "Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008) dərsliklərinin müəllifidir. 

1994-99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Secki Kommisiyasının təftiş qurupunun rəhbəri olub.

Hərbi rütbəsi polkovnik olan hüquqşünas birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.