Taleh Ziyadov: "Yaxın gələcəkdə Bakı Limanında gübrə terminalı inşa ediləcək"

"Yaxın gələcəkdə Bakı Limanında gübrə terminalı inşa ediləcək".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

O qeyd edib ki, ötən il Türkmənistandan gübrə terminalı işə başlayıb: "Ümumiyyətlə, Orta Asiyada ixrac olunan gübrənin böyük potensialı var. Bu istiqamətdə Bakı Limanında texniki əsaslandırma aparılır. Ümid edirik ki, yaxın gələcəkdə ixtisaslaşdırılmış gübrə terminalı inşa ediləcək".