Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Sumqayıt Şəhər Məhkəməsinin sədri təqaüdə göndərilib - ÖZƏL

Sumqayıt Şəhər Məhkəməsinin rəhbərliyində dəyişiklik olub. 

E-huquq.az-ın əldə etdiyi xəbərə görə, məhkəmənin sədri Zeyqəm Hüseynov yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Sədr vəzifəsininin müvəqqəti icrası Əliyev Fikrət Hüseyn oğluna həvalə edilib. 

Qeyd edək ki, Z. Hüseynov 1949-cu ildə anadan olub. O, 2007-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin sədri vəzifəsində çalışırdı. 

Z. Hüseynovun yerinə təyin olunmuş  Fikrət Əliyev isə 1963-cü ildə anadan olub. O, 2007-2017-ci ildərdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən isə Sumqayıt Şəhər Məhkəməsində hakim vəzifəsində çalışıb.