Şair Murad Köhnəqala həbs edilib

Şair Murad Köhnəqala həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. 

O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının alimment tələbini ödəmədiyi üçün həbs edilib.

“Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan 3 adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbi ilə məhkəmə bu cür ədalətsizliyə qərar verib. Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz" – deyə, Ş.Göytürk bildirib.