Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Özbəkistanın sabiq baş prokuroru 10 il müddətinə azadlıqdan məhrum edilib

Özbəkistanın sabiq baş prokuroru Raşid Kadırov 10 il müddətinə azadlıqdan məhrum edilib, rütbə və dövlət mükafatlarından məhrum olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, R.Kadırovla birlikdə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan daha 13 adam 13 ildən 19 ilədək azadlıqdan məhrum edilib, bunların da yeddisinin rütbə və mükafatları əlindən alınıb.

R.Kadırov rüşvət almaqda, rüşvət verməyə təhrikdə, dələduzluqda, vergidən və başqa vacib ödəmələrdən yayınmaqda, istintaqa və məhkəməyə müdaxilə etməkdə, hakimiyyət orqanlarının, idarə və ictimai birliklərin fəaliyyət qaydalarına əks olan cinayətlərdə günahlandırılıb.

Xatırladaq ki, R.Kadırov 2000-ci ildən 2015-ci ilədək Özbəkistanın baş prokuroru olub.