Ramin Qurbanov: "Hakimlərin maaşlarının artırılması üçün müvafiq layihə üzərində iş gedir"

"Gələn ilin sonunadək bütün məhkəmə instansiyaları elektron sistemə qoşulacaq". 

Bunu e-huquq.az-a açıqlamasında Yasamal Rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı Fərmanla bütün ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən subiyektlərdə islahatların aparılmasının yeni mərhələsi başlayıb. R. Qurbanov qeyd edib ki, məhkəmə icraatlarında yeni texnalogiyaların üstünlüklərindən istifadə etməyə dair müvafiq tapşırıqlar da verilib: "Elektron məhkəmə"nin qurulmasına 2014-cu ildən başlanılıb. Azərbaycanda "Elektron məhkəmə" sisteminin elektron idarəçilik sahəsində çox ciddi işlər aparılır. Bu sistem tam tətbiq olunduğu təqdirdə Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsi baxımından naliyyətlər əldə ediləcək. Bu gün Azərbaycan məhkəmələrinin demək olar ki, 60 faizindən çoxu elektron sistemə qoşulub, 40 faizdən çoxu isə məhkəmə qərarlarını icra edən qurumlar qoşulub. Gələn ilin sonuna qədər isə bütün ölkədə faəliyyət göstərən məhkəmə istansiyalarından aslı olmayaraq, bu sistemə qoşulacaq. Əsas da məqsəd məhkəmə sistemində şəffaflığın, aşkarlığın təmin olunması, ədalət mühakiməsinin həm səmərəliliyinin, həm də kefiyyətinin artırılmasıdır". 

O vurğulayıb ki, Prezident İlham Əliyevin Fərmanında hakimlərin sosial vəziyyətinin gücləndirilməsi ilə bağlı ciddi tapşırıq verilib: "Onların məvaciblərinin və məhkəmə aparat işçilərinin maaşlarının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı da tapşırıq verilib. Bu sahədə Avropa Şurasının 7 ölkə arasında apardığı təhlillər nəzərdən keçirildi və digər ölkələrdə olan hakimlərin məvacibləri də əsas götürülərək, hazırda onların maaşlarının artırılması ilə bağlı müvafiq layihə üzərində iş gedir".