Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Qusar və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım göstəriləcək

Qusar rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.  

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 4 iyul 2019-cu il tarixdə, Sumqayıt Regional Vəkil Bürosu tərəfindən Qusar rayonunun Gənclər Mərkəzində, saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.