"Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya  texnologiyalarının rolu” mövzusunda konfrans keçirilib

Bu gün Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya  texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

E-huquq.az-ın xəbərinə görə, konfransda Assosasiyanın Prezidenti, əməkdaş hüquqşünas, hüquq elmləri doktoru, professor ilham Rəhimov çıxış edərək, tədbirinin mahiyyətindən danışıb. 

Daha sonra hüquq elmləri doktoru Xanlar Ələkbərov çıxış edib. O, ədalət mühakiməsinin elektron tərəzisəi barədə məlumat verib. Bildirilib ki, bu elektron huquq tərəzisindən hər bir hakim rahat şəkildə istifadə edə biləcək. 

Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri respublikanın tanınmış hüquqşünasları eləcə də, MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak ediblər.