Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Qubada gecə itkin düşən azyaşlını polis tapıb - FOTO

İyunun 25-də gecə saat 3 radələrində Quba rayon sakini Ceyhun Cəfərov Rayon Polis Şöbəsinə azyaşlı uşağının itməsi barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan e-huquq.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideyni Ceyhun Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib.