Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Polis rəisi: "Cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə səbəb olan narkomaniya və narkobiznesdir"

Bərdə rayon polis şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, tədbirə başlamazdan əvvəl RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev məktəbdə dərs prosesində iştirak edib, şagirdləri dinləyib. Dərsin sonunda rəis şagirdlərin aktiv iştirak etməsini, müəlimin suallarına səlis cavablar verməsini müsbət dəyərləndirib, elmsizliyin, savadsızlığın əsl fəlakətə açılan qapı olduğunu deyərək, müasir Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərimizi öyrənmələrinə, müasir elmi biliklərə vaqif olmasının üstünlüklərindən danışıb.   Daha sonra məktəbin akt zalında tədbir davam etdirilib. Rəis çıxışında qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə səbəb olan narkomaniya və narkobiznesdir: 

"Narkomaniya insanların sağlamlığına, mənəviyyatına ziyan vurmaqla yanaşı, həm də gənclər arasında narkotiklərə aludəçilik hallarının artmasına səbəb olur. Azərbaycan müstəqilliyin bərpasından sonra narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib. Bu sahədə bir sıra uğurlu tədbirlər görülüb. Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə işçiləri birgə mübarizə aparmalıdır".

Daha sonra çıxış edən Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, polis polkovnik-leytenantı Həbib Məmmədov narkotiklərə qarşı mübarizədə profilaktik tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin narkotikin mənşəyi, narkomaniya xəstəliyinin tarixi barədə danışıb. 

Bildirib ki, narkomaniya cəmiyyətdə ciddi fəsadlar törədir. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.