Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Penitensiar xidmətin rəisi vətəndaşlarla görüşəcək

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənov vətəndaşları qəbul edəcək. 

E-huquq.az xəbər verir ki, C. Həsənov iyunun 13-də Göygöl rayonunda qəbul keçirəcək. 

Qəbullara vətəndaşlar Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin bölgələrdə keçiriləcək qəbullarına elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.