Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Ödənişsiz hüquqi yardım göstərilib, Anar Bağırov məsləhətlərini verib

15 iyun - Milli Qurtuluş günü münasibətilə Sumqayıt Regional Vəkil Bürosunda 23 nəfər aztəminatlı şəhər sakininə ödənişsiz hüquqi yardım göstərilib. 

Bu barədə e-huquq.az-a Bürodan məlumat verilib. 

Bildirilib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədrin müavinləri Pərviz Ələkbərov, Aydın Axundov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev və Dağıstan Respublikası Vəkillər Kollegiyasının sədri Akif Beybutov hüquqi yardım aksiyasının gedişi zamanı büromuza gələrək öz tövsiyə və məsləhətlərini veriblər: "Sumqayıt Regional Vəkil Bürosunun kollektivi adından rəsmi qonaqlarımıza göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk".