Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Oqtay Əsədov: "Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər"

“UEFA Avropa Liqasının final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirdilər. Xaricdə belə oyunlar zamanı toqquşmalar yaranır. Şükürlər olsun, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”.

E-huquq.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. 

O, bu tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlər zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər: “Mən onlara təşəkkür edirəm”.

Deputat Çingiz Qənizadə də başda polis olmaqla oyun zamanı təhlükəsizlik tədbirləri həyata keçirən şəxslərin hamısına minnətdarlığını bildirib.