Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Oğuz rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib - FOTO

Vəkillər Kollegiyasının təşəbbüsü və dəstəyi ilə Bakı şəhəri 7 saylı Vəkil Bürosu tərəfindən Oğuz rayonunda əhaliyə ödənişsiz hüquqi yardım göstərilib. 

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Anar Ramazanov məlumat verib. 

Onun sözlərinə görə, vətəndaşlarla görüşdə müxtəlif hüquqi problemlər həll edilib: "Həqiqətən də regionlarda hüquqi yardıma çatımlılığa olan ehtiyaca bir daha şahid olduq. Qısa zamanda çoxsaylı əhalinin müxtəlif hüquqi problemlərlə yaxınlaşması və biz vəkillərə sanki "xilaskar" kimi baxması bizi həm qürurlandırdı, həm də bəzi ucqar regionlarda gələcək üçün vəkil "qıtlığının" aradan qaldırılması yönündə düşündürdü. Hər bir halda Kollegiyamızın  bu yöndə apardığı  bütün işləri sonuna qədər dəstəkləmək lazımdı. Yola davam".