Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Nikahdankənar körpəyə aliment verilməlidir?

Təəssüflər olsun ki, Azərbaycanda nikahdankənar körpələr də dünyaya gəlir. Əksər atalar isə bu vəziyyətdə müəyyən səbəblərə görə övladına sahib çıxmır. Bəs qanun nə deyir? Rəsmi nikah olmadan doğulan körpəyə aliment necə almaq olar? 

Məsələ ilə bağlı e-huquq.az-ın sualını vəkil Ülkər Bayramqızı cavablandırıb.

Onun sözlərinə görə, nikahdankənar körpəyə də aliment verilə bilər. 

"Bu halda, ilk növbədə atalıq müəyyən olunmalıdır. Bu məsələ iki yolla müəyyən edilir. Birincisi məhkəmə, digəri qeydiyyat şöbələri tərəfindən. Əgər sübut olunsa ki, doğurdan da ata nikahdankənar övlad dünyaya gətirib, o halda aliment ödəməyə borcludur" - deyə, vəkil qeyd edib.