Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Gömrükdən qanunsuz siqaret, mobil telefon və aksesuarlar keçirmək istəyən şəxs saxlanılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

E-huquq.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin oturacaqlarının altında və sürət qutusunun üst hissəsində 3000 ədəd "King" markalı siqaret, 1 ədəd "Samsung Galaxy A30", 2 ədəd "Samsung Galaxy J2 Core", 1 ədəd "Xiaomi Redmi Note 7" markalı mobil telefonlar, 4 ədəd "qulaqlıq", 10 ədəd USB kabel və yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.