Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə əsasən 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar şəhər/rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə iyun ayı ərzində silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

Dövlət Komissiyasından e-huquq.az-a verilən məlumata görə, tədbirlərdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olunacaq.