Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Nardaranda iki qardaş saxladığı silahı polisə təhvil verib

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.   

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini S.Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.

Aparılan profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakinləri olan iki qardaş “İJ-27” və “İJ-12” markalı tüfəngləri könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölmsinə təhvil  veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.