Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Mülki Prosessual Məcəlləyə dəyişilik təklif edilir

 

Bu gün Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı üzrə Vəkillər Kollegiyası tərəfindən formalaşdırılmış Mülki sahə üzrə işçi Qrupun növbəti iclası keçirilib. 

E-huquq.az-ın xəbərinə görə, bu barədə işçi qrupunun rəhbəri Muxtar Mustafayev bildirib.

Qeyd edilib ki, iclasda Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı məsələlər müzakirə edilib. 

M. Mustafayevin sözlərinə görə, iclasda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, doktor Rudolf Lauda iştirak edib: "Cənab Rudolf Lauda Almaniya təcrübəsi barədə ətraflı məlumat verib. Bu mütərəqqi təcrübə işçi qrupu tərəfindən irəli sürülən təkliflərdə nəzərə alınacaqdır. Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov Rudolf Laudaya bu təşəbbüsünə görə minnətdatlığını bildirib".