Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Müəllimlərin əmək məzuniyyətlərinin müddətləri neçə gündür? - ŞƏRH

Azərbaycanda bəzi hallarda işçilərin məzuniyyət məsəlləri ilə bağlı problemlər ortaya çıxır. Bəs qanunvericilikdə məzuniyyətlə bağlı hansı müddəalar nəzərdə tutululub? Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri neçə gündür?

Bununla bağlı e-huquq.az-ın suallarını vəkil Cavid Sultanov cavablandırıb.

O bildirib ki, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş məzuniyyətdir. 

C.Sultanov söyləyib ki, eyni zamanda, qanunvericilikdə müxtəlif meyarlara və fəaliyyət sferasına görə əmək məzuniyyətlərinin müddətləri müəyyən edilib: “İllik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə, bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa), uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara, təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə, sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə, elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə, müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə 56 təqvim günü müddətində əmək məzuniyyəti verilir”.

                                                      Vəkil Cavid Sultanov

Onun sözlərinə görə, qanuna əsasən, uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara, metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə, məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə, məşqçi müəllimlərə, elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə 42 təqvim günü müddətində əmək məzuniyyəti verilir”.