Moskvada jurnalisti döyən tanınmış futbolçu kassasiya şikayəti verməkdən imtina edib

“Krasnodar” yarımüdafiyəçisi olan Pavel Mamayev və Aleksandr Kokorin barələrindəki hökmdən apellyasiya şikayəti verməkdən imtina ediblər. 

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar cəzalarının bitməsinə az müddət qaldığı üçün şikayət verməkdən imtina ediblər.

Qeyd edək ki, Moskva Şəhər Məhkəməsinin hökmünə əsasən, Aleksandr Kokorin və Pavel Mamayev 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Pavel Mamayev, Aleksandr Kokorin, onun kiçik qardaşı Kiril və  həvəskar liqadada oynayan Aleksandr Protacovitskiy 8 oktyabr 2018-ci ildə Moskva mərkəzində dava ediblər. İstintaqın məlumatına görə, dostlar kampaniyası əvvəlcə küçədə Birinci kanalın aparıcısı olan Vitaliy Solovçuku sonra isə  kafedə Minprotorqun departament başçısı olan Denis Pakı döydüblər. 

Raya Ramazanova