Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Moldova Konstitusiya Məhkəməsi ölkədə siyasi böhran yaradan qərarlarını ləğv edib

Moldova Konstitusiya Məhkəməsi bu gün keçirilən iclasında iyunun 7-si və 9-da qəbul etdiyi qərarları ləğv edib.

E-huquq.az yerli mətbuata istinadla xəbər verir ki, Moldova Prezidenti İqor Dodon ölkədə siyasi böhrana son qoyulduğunu bildirib. 

Konstitusiya Məhkəməsi parlamentin yeni Baş Nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib.

Bir həftədən çox idi ki, Moldovada siyasi gərginlik hökm sürürdü. Moldova Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar vermişdi. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulmuşdu. Pavel Filip isə Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 6-da keçirilməsinə dair fərman imzalamışdı.

Siyasi gərginlik artdıqdan sonra Pavel Filip hökuməti istefa verdiyini açıqlayıb.