Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Misirin sabiq prezidenti məhkəmə zalında dünyasını dəyişib

Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Mursi məhkəmə zalında qəfildən vəfat edib.

Qeyd edək ki, o, casusluqda ittiham edilirək, həbs edilmişdi. 

Xatırladaq ki, Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidneti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.