Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Miqrantları cinsi istismara məruz qoymaqda ittiham edilən Norveçin keçmiş nazirinə hökm oxunub

Norveçin keçmiş suvarma naziri Svein Lüdviqsenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

E-huquq.az xəbər verir ki, məhkəmənin hökmü ilə S. Lüdviqsen 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin 743 min Norveç kronu (250 min manat) təzminat ödəməsini də çıxardığı hökmdə əks etdirib. 

İttihama görə, 72 yaşlı keçmiş Suvarma naziri və Trom vilayətinin qubernatoru S. Lüdviqsen 3 miqranta qarşı cinsiz zorakılıq edib. Hadis 2011-2017-ci illərdə Norveçin Trom şəhərində baş verib. Belə ki, Lüdviqsen miqrantları hədələyərək, onunla cinsi əlaqədə olmayacaqları təqdirdə, ölkədən deportasiya etdirəcəyini deyib. 

Zərərçəkmişlər cinsi istismarın Ludviqsenin evində, otel otağında və ofisində baş verdiyini iddia ediblər.