Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Məşhur sığorta şirkəti yol qəzasına görə icra hakimiyyətini məhkəməyə verib

Şirvan İnzibati-İqtisadi Məhkəməsində “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Şirvan şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxılıb. 

E-huquq.az-ın xəbərinə görə, hakim Zaur Allahyarovun sədrliyi ilə keçirilən prosesdə iddiaçı “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti Şirvan şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat İdarəsindən 4 min 898 manat yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin tutularaq iddiaçı “Meqa Sığorta” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. 

Məhkəmə iddia əizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə kağız daşıyıcıda təqdim edib. 

Buna görə də iddia ərizəsi geri qaytarılıb.