Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Məktəb direktoru məhkəmədə ifadə verib

Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

E-huquq.az-ın xəbərinə görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev ifadə verib.

Hadisə barədə danışan zərərçəkmiş hər iki şəxs tərəfindən döyüldüyünü bildirib.

Daha sonra T.Mirzəyev sualları cavablandırıb.

Məhkəmədə zərərçəkmişin dindirilmə mərhələsinin başa çatdığı elan olunub. Növbəti məhkəmə iclasında şahidlərin ifadə verəcəyi qeyd edilib.

Məhkəmənin növbəti iclası iyunun 19-na təyin olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə aktyor R.Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxsin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.