Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verib

Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb. 

E-huquq.az xəbər verir ki, bununla bağlı Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi tapşırıq verib.

Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Y.Rzazadənin Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı. Müğənninin oğlu Yusif Rzazadə atasının üç gündür səhhətinin yaxşı olmadığını, qanında zəhərlənmə aşkarlandığını və ürəyində problemlər olduğunu bildirmişdi.

Günorta saatlarında Y.Rzazadə xəstəxanadan evə buraxılmışdı.