Məhkumun atası mürəbbənin içində gizlədilmiş narkotik vasitəni türməyə keçirmək istəyib

 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. 

E-huquq.az-ın xəbərinə görə, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlqıdan məhrum edilmiş və hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zahidov Seymur Teymur oğluna atası Bakı şəhər sakini Zahidov Teymur Kamil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman iki ədəd plastic qabda olan heyva və moruq mürəbbəsinin tərkibində ümumi çəkisi 0,52 qram olan narkotik vasitə “Metadon” aşkar olunub. 

Faktlarla bağlı araşdırma aparılır.