Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Məhkəmələrin səlahiyyət dairəsi genişləndirilir

Rayon (şəhər) məhkəmələrinin səlahiyyət dairəsi genişləndirilir. 

E-huquq.az ONA-ya istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsinə 393-1.2-ci maddə də əlavə edilir.

İnzibati Xətalar Məcəlləsinin 393-1.2-ci maddəsinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Təklif edilən dəyişiklik isə bu maddədə müvafiq bələdiyyələrin həmin tədbirlərin görülməməsinə görə inzibati məsuliyyətinin müəyyən edilməsini rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilməsini nəzərdə tutur. 

Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.