Məhkəmədə iki şirkət barışıb, iddia üzrə icraata xitam verilib

“Grand Motors” MMC “Modern Servis” MMC-ni məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Grand Motors" texnikaya, texnikanın ehtiyat hissələrinə və təmir xidmətlərinə görə, ümumilikdə 43 390 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını istəyib

İddiaya məhkəmə iclasında baxılan zaman elan olunub ki, hər iki tərəfin səlahiyyətli nümayəndələri məhkəməyə aralarında imzalanmış barışıq sazişi təqdim edib. Onlar sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş ediblər.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən, iddia üzrə icraata tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar xitam verilib.