Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Məhkəmə qərarlarının icrasının alternativ mexanizmləri müzakirə olunub

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ilə əməkdaşlıqda həyata keçirilən "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması" layihəsi çərçivəsində “İcra məmurlarının statusu ilə bağlı Avropa tendensiyaları” mövzusunda dəyirmi masa keçirilib. 

E-huquq.az xəbər verir ki, tədbirin açılışında Ədliyyə Nazirliyi İcra Baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyeş giriş nitqi ilə çıxış ediblər.

Sonra məhkəmə və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən qərarların icrasının özəl qurumlara həvalə edilməsi ilə bağlı ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətə dair müzakirələr keçirilib.

Həmçinin nazirliyin İcra Baş idarəsi ilə CEPEJ-in ekspertləri arasında Avropada icra məmuru peşəsi və müxtəlif icra sistemləri barədə diskussiyalar aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.