Məhkəmə prokurorun təqdimatını təmin etməyib

Nərimanov Rayon Məhkəməsində oğurluqda ittiham edilən Kərimov Nadir Rüstəm oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nərimanov Rayon Prokuroru tərəfindən yazılmış təqdimata baxılıb. 

E-huquq.az xəbər verir ki, bu barədə N.Kərimovun vəkili Rövşən Qasımov məlumat yayıb. 

Onun sözlərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilməyib.

Qeyd edək ki, N.Kərimov oğurluqda ittiham edilir.