Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Məhkəmə monitorinqlərinə dair qaydalar hazırlanıb

Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə monitorinqlərinə dair qaydalar hazırlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən iclasında məlumat verilib. 

Bildirilib ki, dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrası üzrə hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi məqsədilə Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Metodologiyasının yeni layihəsi, habelə məhkəmə monitorinqlərinə dair qaydalar hazırlanıb. 

Eyni zamanda iclasda Fərmandan irəli gələn məsələlər üzrə əlavə tədbirlər müəyyən olunub, təcrübəli hakimlərin və könüllülərin Şuranın fəaliyyətinə daha geniş cəlb olunması, intizam icraatları üzrə qərarların profilaktik təsirinin gücləndirilməsi, xarakterik və digər nöqsanların qarşısının alınması məqsədilə onların yerində hakimlərlə müzakirəsinin təşkili qərara alınıb.