Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Məhkəmə “Kia Motors”un “Muğanbank”a qarşı iddiasını təmin edib

“Kia Motors AZ” MMC “Muğanbank” ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC bankdan ümumillikdə 4 799 manat pulun tutululmasını istəyib.

İddia tələbi onunla əsaslandırılıb ki,“Kia Motors AZ” MMC ilə “Muğanbank” ASC arasında 11.01.2017-ci il tarixli texniki xidmət və təmir müqaviləsi imzalanıb. 

Müqavilənin 1.1-ci bəndinə görə, MMC bankın tapşırığına əsasən, avtomobilin texniki xidmətini və təmir işlərini yerinə yetirilməsi üçün qəbul edib, bunun müqabilində isə ASC görülən texniki xidmət, təmir işləri və həmin işlərin görülməsi üçün sərf olunan ehtiyat hissələrinin qiymətini ödəməyi öz öhdəsinə götürüb. Bir neçə avtomobilin təmirinə görə isə ümumilikdə 4 769 manatlıq borc yaranıb. Şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, bank tərəfindən üzərinə götürülən öhdəliklər icra edilməyib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən, “Kia Motors AZ” MMC-nin iddiası təmin edilib. Məhkəmə “Muğanbank” ASC-dən 4 769 manat borc pulun tutularaq iddiaçı “Kia Motors AZ” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.