Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Məhkəmə 3 yaşlı Zəhranı oğurlayan qadın barəsində həbs qərarı verib

Bu gün Sabunçu Rayon Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Təzəgül nəzərova barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, məhkəmə vəsatəti təmin edib və, T. Nəzərova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2 gün əvvəl yoxa çıxan Z. Bağırzadə dünən polis əməkdaşlarının səyi nəticəsində tapılıb. Uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.