Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti Bakıya gələcək Böyük Britaniya vətəndaşları ilə bağlı səfirliyə müraciət edib

“Mirzayev and Partners Legal Firm” hüquq şirkəti Bakıda keçiriləcək "Çelsi" və "Arsenal" arasında final oyunu ilə bağlı turistlərə təmənnasız hüquqi yardım göstərilməsi üçün Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsa müraciət edib. 

E-huquq.az məlumatına görə, müraciətdə deyilir: 

""Mirzayev and Partners Legal Firm” müasir dünyada baş verən müxtəlif hüquqi məsələlərdə kömək etməyə hazırdır. Komandamızın üzvləri Azərbaycan Respublikasının, eləcə də xarici ölkələrin aparıcı hüquq şirkətlərində, dövlət müəssisələrində uzun illər çalışmış, hüququn ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış, müxtəlif beynəlxalq təlimlərdə iştirak etmiş və müsbət iş təcrübəsinə malik olan hüquqşünaslar və vəkillərdən ibarətdir.

Bildiyiniz kimi, UEFA Avropa Liqasının final mərhələsi 2019-cu il mayın 29-da Bakı şəhərində yerləşən Olimpiya stadionunda  ingilis komandaları "Çelsi" və "Arsenal" arasında final oyunu keçiriləcəkdir. Bu həm İngiltərə, Azərbaycan və dünya idman həyatında əlamətdar bir hadisədir. Bir çox ingilis tərəfdarları Bakıya gələrək bu tarixi hadisənin iştirakçısı olmaq istəyirlər.

Ancaq yaxın vaxtlarda ingilis mediasında Böyük Britaniyanın Xarici İşlər Nazirliyi rəsmi olaraq öz vətəndaşlarına UEFA Avropa Liqasının final mərhələsi zamanı Bakıda baş verə biləcək təxmin edilən təhlükələr barədə məlumat yayılıb. Bu, hamımız üçün çox məyusedici haldır və biz sizi əmin edirik ki, şəhərimizdə ictimai təhlükəsizlik tam təmin edilib. 

Sizin narahatlığınızı nəzərə alaraq, biz “Mirzayev and Partners Legal Firm” Avropa Liqası finalında vətəndaşlarınızın hüquqi təhlükəsizliyinə kömək etməyə hazırıq. Bizim əməkdaşlarımız bir çox illər ərzində Azərbaycanda və xaricdə fəaliyyət göstərən hüquqşünaslar, dövlət müəssisələri və hüquq-mühafizə orqanlarının müxtəlif sahələrində ixtisaslaşan, müxtəlif beynəlxalq təlimlərdə iştirak edən və yaxşı iş təcrübəsi olan hüquqşünaslardır. Özünüzü təhlükəsiz hiss etmək üçün, Azərbaycanda olduğunuz müddət ərzində sizə hüquqi xidmət göstərməyi təklif edirik. Azərbaycanda vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik.

Xahiş edirik bu sorğuya diqqət yetirin və hər hansı bir sualınız varsa telefon və ya e-poçt vasitəsilə bizə müraciət etməkdən çəkinməyin.

Əlaqə və cavabınızı gözləyirik.

Hörmətlə,

“Mirzayev and Partners Legal Firm”"