Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlının məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən Altay Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, A.Abbasov 3 nəfər vətəndaşa qarşı külli miqdarda dələduzluq edib. Daha sonra o, ölkəni tərk edib və barəsində beynəlxalq axtarış qərarı çıxarılıb. “İnterpol” xətti ilə axtarışda olan 51 yaşlı A.Abbasov bu il Rusiya Federasiyasında saxlanılıb və Azərbaycana ekstradisiya olunub.