Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

“Gilan Qəbələ Konserv Zavodu” “Azərişıq” ASC-ni məhkəməyə verib

“Gilan Qəbələ Konserv Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC əsassız olaraq hesablanmış 1555 manat borcun silinməsi barədə tələb irəli sürüb.

İddia ərizəsi onunla əsaslandırılıb ki, “Gilan Qəbələ Konserv Zavodu” MMC Qəbələ rayonu ərazisində ən böyük elektrik enerjisi isteklahçısıdır və mütəmadi olaraq istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəyir. 

”Azərişıq” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 17.04.2018-ci il tarixdə “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin artezian qurğularında elektrik enerjisinin uçotu və “Elektrik Enerjisindən İstifadə Qaydaları”-na riayət olunmasının vəziyyəti yoxlanılarkən transfarmatorda yaranmış texniki itkinin qarşılıqlı hesablaşmada nəzərə alınmadığını əsas götürərək akt tərtib edilib və 21162 kvts əlavə sərfıyyat hesablanaraq tarif qrupu nəzərə alınmaqla 1555 manat məbləğində hesab-faktura tərtib olunub.

Şəki İnzibati-İqtisadi Məhkəməsi “Azərişıq” ASC tərəfindən iddiaçı “Gilan Qəbələ Konserv Zavodu” MMC-yə hesablanmış 1555 manat borc iddiaçının hesabından silinməsi barədə qərar çıxarıb.