Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

“Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” mövzusunda konfrans keçirilib

Bu gün “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” mövzusunda konfrans keçirilib. 

E-huquq.az-ın xəbərinə görə, konfransda Vəkillər Kollegiyasının nümayəndələri – İlhamə Həsənova, Fərid Həsənov, Muxtar Mustafayev, Gülşən Salmanova, Ali Məhkəmənin hakimləri, Respublika Prokurorluğunun nümayəndələri və başqaları iştirak ediblər. 

Tədbirdə Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə yol xəritəsinin təqdimatı olub. Vəkillər Kollegiyasının nümayəndələri çıxışlarında güclü və nüfuzlu vəkillik institunun yaradılması istiqamətində Prezidentin Fərman və sərəncamlarından irəli hüquq islahatlarının dərinləşdirilməsi, vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıblar. 

Hazırda tədbir davam edir.