Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası  keçirilib.

E-huquq.az xəbər verir ki, clasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş G.Əhmədovanın məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun iyul ayının 12-nə təyin edilmiş iclasında baxılacaq.