Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Keçmiş arvadını öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Məhkəmənin hökmü ilə İ.Abdullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ.Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Abdullayev saxlanılıb.