Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Əmək münasibətləri rəsmiləşdirilmədikdə işçi hansı hüquqlardan məhrum olur?

Əmək münasibətləri rəsmiləşdirilmədikdə dövlət nə itirir? Burada işəgötürənin zərəri nədir? İşçi hansı hüquqlardan məhrum olur?

Bununla bağlı e-huquq.az-ın suallarını "Yusifbəyli və partnyorları" vəkil bürosunun vəkili Emin Kiçikbəyov cavablandırıb.

Vəkilin sözlərinə görə, əmək hüquq münasibəti əmək müqaviləsi əsasında yaranan və əmək hüququ normaları ilə tənzimlənən əmək münasibətidir: “Onun bir tərəfi (subyekti) - işçi təşkilatın müəssisədaхili intizam qaydalarına tabe olmaqla əmək müqaviləsi üzrə şərtləndirilmiş əmək funksiyasını şəхsən yerinə yetirməyi öhdəsinə götürür, digər tərəfi (subyekt) - işəgötürən isə işçiyə iş təqdim etməyə, sağlam və təhlükəsiz əmək şəraitini təmin etməyə və onun əməyini ödəməyə borcludur.

Əmək hüququ dedikdə, şəxsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək imkanı başa düşülür. Şəxsin zorla işlədilməsinə yol verilmir. Əmək hüququ yalnız könüllü surətdə həyata keçirilə bilər. Vətəndaşların əmək hüququ əmək müqaviləsinin vasitəsilə həyata keçirilir. Əmək müqaviləsi işçi ilə işə götürən (müəssəsə, təşkilat, idarə və s.) arasında bağlanan yazılı formalı sazişdir. ki, əmək hüquq münasibətləri mövcud olmadıqda həmkarlar ittifaqları və işçilərin mənafeyini təmsil edən digər nümayəndəli orqanlar yaranmır, əmək qanunvericiliyinə (o cümlədən əməyin mühafizəsi haqqında qanunvericiliyə) əməl olunmasına nəzarət həyata keçirilmir, habelə əmək mübahisələrinin həlli üzrə hüquq münasibətlərindən söhbət gedə bilməz. Bütün bunlar onu ifadə edir ki, əməklə sıх bağlı olan, yaхud ondan törəmə olan hüquq münasibətləri müstəqil olaraq heç bir əhəmiyyət daşımır və əmək münasibətləri mövcud olmadan mövcud ola bilməz”.

Əmək müqaviləsi işəgötürən ilə işçi arasında necə bağlanılır?

E.Kiçikbəyov qeyd edib ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi 2 nüsxədən az olmayaraq, tərtib olunmaqla yazılı formada bağlanılır, tərəflərin imzası (işəgötürən hüquqi şəxs olduqda - möhürü ilə də) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır: “Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi: - işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır”.

“Əmək müqaviləsi bağlandığı halda işçinin əldə etdiyi hüquqlar: - işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ əldə edir. İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq hüququ əldə edir. Bununla belə, işçi müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq və qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək hüququna malikdir. Gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdır. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir”, - deyə, vəkil bildirib.

                                                          Vəkil Emin Kiçikbəyov

O söyləyib ki, əmək intizamı sahəsində işəgötürənin də üzərinə konkret öhdəliklər düşür: “İşəgötürən işçilərin əməyini düzgün təşkil etməli, əmək istehsalının artırılmasına şərait yaratmalı, əmək və istehsal intizamını təşkil etməli, əmək qanunvericiliyinə və əmək mühafizəsi qaydalarına riayət etməli, işçilərin ehtiyaclarına və müraciətlərinə diqqətlə yanaşmalı, onların nəinki iş, hətta məişət şəraitlərinin yaxşılaşdırılmasına köməklik göstərməlidirlər. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən, birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar”.