Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

İraqda barələrində edam hökmü çıxarılan Fransa vətəndaşlarının sayı 6-ya çatıb

İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransanın daha iki vətəndaşı barəsində edam hökmü çıxarıb.

E-huquq.az "Report"a istinadən xəbər verir ki, bunlar 33 yaşlı Brahim Nejara və 32 yaşlı Mərakeş əsilli Karam El Harçaouidir. Hər ikisi Suriyada saxlanlıb. 

Daha 6 fransalının isə mühakimə olunmaq üçün yaxın günlərdə Suriyadan İraqa göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, İraq məhkəməsi bundan əvvəl 4 Fransa vətəndaşı - Kevin Gonot, Leonard Lopez, Salim Machou və Mustafa Merzoughi barəsində qərar çıxarıb. Onlar bir ay ərzində qərardan şikayət edə bilərlər. 

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa vətəndaşları barəsində ölüm hökmünün ləğvi üçün əlindən gələni edəcəyini bildirib.